"Görüşmək istəyirsə ABŞ-yə getsin, mən də gələcəyəm" - Zelenski Putinə

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu növbəti dəfə açıqlayıb.

Sep 12, 2026 - 15:15
"Görüşmək istəyirsə ABŞ-yə getsin, mən də gələcəyəm" - Zelenski Putinə

SAVASHMEDİA.az xəbər verir ki, Zelenski “Deutsche Welle”yə müsahibəsində bildirib ki, Putin də görüşmək istəyirsə, dekabrda ABŞ-də keçiriləcək G20 sammitinə gəlsin və orada görüşsünlər.

Zelenski bunun mümkün olması üçün hər iki liderin sammitə dəvət edilməli olduğunu deyib.

Hazırda Putinin G20 sammitində iştirak edib-etməyəcəyi məlum deyil. Kremlin nümayəndəsi Yuri Uşakov isə belə bir səfərin hələ müzakirə olunmadığını bildirib.

Səlcuq