Həmin qol paltardəyişmə otağında planlaşdırılıb - Arda DANIŞDI + VİDEO 

Türkiyə millisinin futbolçuları Arda Güler və Ferdi Kadıoğlu Rumıniya üzərində qazanılan qələbədən sonra matçın taleyini həll edən qolun pərdəarxasını açıqlayıblar.

Mar 27, 2026 - 00:41
Həmin qol paltardəyişmə otağında planlaşdırılıb - Arda DANIŞDI + VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki,2026-cı il Dünya Kubokunun pley-off yarımfinal mərhələsində keçirilən qarşılaşmada Türkiyə millisi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib.

Oyunun yeganə qolunu 53-cü dəqiqədə Kadıoğlu vurub, məhsuldar ötürmə isə Gülərin adına yazılıb.

Matçdan sonra açıqlama verən Arda Gülər bildirib ki, bu epizod əvvəlcədən planlaşdırılıb:

“Çox xoşbəxtik, çətin oyunda qalib gəldik. Yeganə məqsədimiz Dünya Kubokuna vəsiqə qazanmaqdır. Fasilədə Ferdi ilə bu epizodu danışdıq. O dedi ki, mən topu alanda qaçış edəcək. Hər şey planlaşdırdığımız kimi alındı”.

Qələbə qolunun müəllifi Ferdi Kadıoğlu isə komanda ruhuna diqqət çəkib:

“Soyunma otağında bu vəziyyəti müzakirə etmişdik. Belə bir fürsətin yaranacağını hiss edirdik. Arda topu alanda qaçdım və qol vurduq. Hamımız birlikdəyik – Türkiyə!”

Qeyd edək ki, bu qələbə ilə Türkiyə millisi Dünya Kubokuna vəsiqə uğrunda həlledici oyuna bir addım da yaxınlaşıb. (qafqazinfo)