Qurban Qurbanov ölümdən danışdı, hamı ilə halallaşdı - İnanılmaz SÖZLƏR

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun son açıqlaması ciddi müzakirələrə səbəb olub.

Jan 24, 2026 - 20:50
Jan 24, 2026 - 21:39
Qurban Qurbanov ölümdən danışdı, hamı ilə halallaşdı - İnanılmaz SÖZLƏR

SAVASHMEDİA.az xəbər verir ki, təcrübəli mütəxəssis bu gün komandasının "Kəpəz"ə 0:2 hesabı ilə məğlub olduğu matçdan sonra keçirilən mətbuat konfransında hər kəslə halallaşıb.

"Ayntraxt"la son oyuna qədər sərt tənqidlərə tuş gəldiyini xatırladan Qurban Qurbanov ölümdən danışaraq hər kəslə halallaşmaq istədiyini deyib: 

"Haqqım varsa, halal olsun. Mənə çox insan yaxınlaşıb deyib ki, haqqınızı halal edin, sizin haqqınızda düz fikirləşməmişik. 10-15 ildir bu davam edir. Tanımadan biri haqda fikir yürüdəndə belə hallar olur. Haqqım hamıya halaldır, bilmək olmaz, bəlkə, bu dünyadan daha tez köçdük".

Oğuz