İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
Azərbaycan Prezidenti İlham Əliyev İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammitinə videoformatda qatılacaq.
SAVASHMEDİA.az xəbər verir ki, tədbir Ermənistanın paytaxtında baş tutur və Prezident sammitə onlayn şəkildə qoşularaq çıxış edəcək.
Görüş “Gələcəyi qururuq: Avropada birlik və davamlılıq” şüarı ilə təşkil olunub və region üçün aktual məsələlər müzakirə edilir.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammitlərindən biri 2028-ci ildə Azərbaycanda keçiriləcək və bu da ölkənin beynəlxalq platformalarda artan rolunun göstəricisi kimi qiymətləndirilir.
Oğuz