İlham Rəhimov kürəkənin biznesini xilas edə bilmədi - Putinlə dostluq da kömək etmədi

Rusiyada daha bir nüfuzlu iş adamının biznesi əlindən alınıb.

Aug 29, 2025 - 21:21
İlham Rəhimov kürəkənin biznesini xilas edə bilmədi - Putinlə dostluq da kömək etmədi

SAVASHMEDİA.az-ın xəbərinə görə, bu dəfə hədəf Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı, azərbaycanlı əsilli rusiyalı milyarder İlham Rəhimovun kürəkəni olub.

Belə ki, İlham Rəhimovun kürəkəni olan Araz Mehdiyev Şeremetyevoda rüsumsuz ticarət mağazalarının ən böyük operatorunun sahibi olmaqdan çıxıb. Şirkət son 2 ildə ona rəhbərlik edən Vitali Bavinin nəzarətinə keçib.

Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrində yerləşdirilən məlumatda qeyd olunub ki, Vitali Bavin avqustun 25-də bu strukturun əsas hüquqi şəxsi olan "Travel Retail Şeremetyevo" ASC-nin yeni sahibi olub. Son 2 ildə yeni sahibi bu şirkətin baş direktoru vəzifəsini tutub.

"Travel Retail Sheremetyevo" 2022-ci ilin payızında yaradılıb. Federal Gömrük Xidmətinin (FGX) reyestrindən verilən məlumata görə, o, Şeremetyevoda ən çox sayda rüsumsuz mağazalara sahibdir. ASC-nin 2024-cü il üçün maliyyə hesabatlarına əsasən, həm ərzaq, aksesuarlar və digər istehlak malları ilə rüsumsuz mağazalar, həm də ayrı-ayrı brendlərin satış məntəqələri, o cümlədən "Max Mara", "Hugo Boss", "CK Underwear", "Swarovski" və s. fəaliyyət göstərir.

Federal Gömrük Xidmətinin reyestrinə görə, o, hava limanının ərazisində rüsumsuz satış məntəqələrinin ən böyük operatorudur.

Oğuz