İsrail rəsmən təkzib etdi - Netanyahu sağdır

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi onun sui-qəsd nəticəsində öldürülməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları rəsmən təkzib edib.

Mar 15, 2026 - 14:39
İsrail rəsmən təkzib etdi - Netanyahu sağdır

SAVASHMEDİA.az xəbər verir ki, Baş nazirin ofisi tərəfindən yayılan bəyanatda bu cür məlumatların həqiqəti əks etdirmədiyi vurğulanıb.

"Bunlar saxta (feyk) xəbərlərdir. Baş nazirin vəziyyəti yaxşıdır", - rəsmi açıqlamada qeyd olunub.

Qeyd edək ki, sözügedən iddialar İranın Netanyahunu "təqib edib öldürəcəyinə" dair verdiyi rəsmi vədlərdən və bölgədəki hərbi gərginliyin artmasından sonra geniş vüsət almışdı.

Səlcuq