"İstefa versən, mən də Ukraynaya silah verərəm" - Trampdan Zelenskiyə şərt

ABŞ Prezident Volodimir Zelenski istefa verənə qədər Ukraynaya yardımı bərpa etməyi planlaşdırmır.

Mar 10, 2025 - 16:59
Mar 10, 2025 - 17:00
"İstefa versən, mən də Ukraynaya silah verərəm" - Trampdan Zelenskiyə şərt

Bu barədə Almaniyanın “Bild” qəzeti məlumatlı mənbələrə istinadla bildirib.

“Donald Tramp Zelenskini silah-sursatla şantaj edir, yardım müqabilində ondan istefasını və Ukraynada seçkilərin keçirilməsini tələb edir”, - alman nəşrinin həmsöhbəti deyib.

“Politico” bundan əvvəl ABŞ rəsmilərinin Zelenskinin əsas siyasi rəqibləri Yuliya Timoşenko və Petro Poroşenko ilə mümkün seçkiləri müzakirə etmək üçün artıq görüşdükləri barədə məlumat yaymışdı. (teleqraf)