Kamran Əsədov məhkəmədən ev dustaqlığı xahiş etdi - QƏRAR
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Elçin Məmmədovun sədrlik etdiyi prosesdə K. Əsədov yenidən hakimə müraciət edərək ev dustlağına buraxılmasını istəyib.
O, səhhətində ciddi problem yarandığını, saxlanma şəraitindən onu qane etmədiyini, həyatının təhlükədə olmasını əsas gətirib. Həmçinin azyaşlı uşağının autizim xəstəsi olduğunu yenidən bildirib. Onun vəkilləri də bənzər məzmunda çıxış ediblər. Məhkəmə prosesi bitənədək Kamran Əsədovun digər alternativ cəza kimi ev dustaqlığı ilə əvəzlənməsini istəyiblər.
Vəsatət təmin edilməyib. Daha sonra şahidkərin dindirilməsinə başlanılıb.
Kamran Əsədov növbəti vəsatətlə çıxış edib, şahidlərin cavab kartlarının qrafik təsvirlərini istəyib. Lakin DİM-in nümayəndəsi abituriyentlərin şəxsi məlumatlarının yayılmasının yolverilməz olduğunu deyib.
Növbəti məhkəmə prosesi 9 aprel saat 15-00-a təyin olunub. (teleqraf)