Karantin rejiminin müddəti yenə UZADILDI

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Mar 16, 2026 - 12:30
Karantin rejiminin müddəti yenə UZADILDI

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, buna qədər bu müddət 2026-cı il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edib.