Latviya nazirindən sərt reaksiya - “Kremldəki qəssab…” 

Latviya Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya hücumdan sonra Putini “Kremldəki qəssab” adlandırıb. 

Apr 24, 2025 - 18:15
Latviya nazirindən sərt reaksiya - “Kremldəki qəssab…” 

SAVASHMEDİA.az xəbər verir ki, Latviyanın xarici işlər naziri Bayba Braje bu barədə “X” platformasında yazıb. 

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq üçün yalnız güc yolu ilə sülh tətbiq olunmalıdır.

“Rusiyanı sülhə məcbur etmək və Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək lazımdır. Bu gün Ukraynanın dinc sakinlərinə qarşı kütləvi hücum sübut edir ki, Kremldəki qəssab müharibə istəyir. Sülhə heç bir eyham yoxdur”, - deyə nazir vurğulayıb.

Xatirə SADİQ