Lənkəranda çay şirkətinin türkiyəli rəhbəri qəfil ÖLDÜ

Lənkəranda fəaliyyət göstərən çay şirkətlərindən birinin rəhbəri dünyasını dəyişib.

May 2, 2026 - 15:05
Lənkəranda çay şirkətinin türkiyəli rəhbəri qəfil ÖLDÜ

SAVASHMEDİA.az-ın məlumatına görə, əslən Türkiyədən olan, 1980-ci il təvəllüdlü Murad Mutlu Abdulla oğlu axşam saatlarında qəfil halı pisləşərək dünyasını dəyişib.

Yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o, Lənkəranda çay istehsalı ilə məşğul olan şirkətlərdən birində rəhbər vəzifədə çalışırdı.