“Dünyanın ən böyük hərbi gəmisini göndəririk” - Tramp bu ölkəyə müharibə elan etdi

ABŞ Prezidenti Donald Tramp İrandan sonrakı hədəfini açıqlayıb.

May 2, 2026 - 14:21
“Dünyanın ən böyük hərbi gəmisini göndəririk” - Tramp bu ölkəyə müharibə elan etdi

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ lideri Floridadakı çıxışında bu dəfə növbənin Kubada olduğunu bildirib.

Tramp qeyd edib ki, böyük hərbi gəmilərdən biri Kuba sahillərinə göndəriləcək:

“Çox güman ki, dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan "Abraham Linkoln" olacaq. O, sahildən təxminən 100 yard (təxminən 91 metr-red) məsafədə dayanacaq və kubalılar deyəcəklər: “Çox sağ olun, biz təslim oluruq”.

Xatırladaq ki, ABŞ İsraillə birgə fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Müharibə atəşkəs müddəti ilə birgə 2 ay 2 gün davam edib. Ötən gün Ağ Ev İranla müharibənin bitdiyini bəyan edib. 

Banu