Kiyevdə etiraz aksiyası başladı - Kliçko nümayişçilərə qoşuldu + FOTO
Ukrayna paytaxtı Kiyevdə etiraz aksiyası başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, aksiya iştirakçıları Ukrayna Milli Antikorrupsiya Bürosunun və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun səlahiyyətlərinin azaldılmasına etiraz edirlər.
Etirazçılar Kiyevin mərkəzində İvan Franko teatrının yaxınlığında toplaşıblar.
Son məlumata görə, Kiyev meri Vitali Kliçko da etirazçılara qoşulub. Bu barədə Ali Radanın deputatı Aleksiy Qonçarenko özünün Telegram kanalında məlumat verib.
Oğuz
Kiyev meri Vitali Kliçko aksiyada