Messi DÇ-2026-nı yarımçıq tərk edəcək? - Atasının vəziyyəti ağırdır

Dünya futbolunun ulduzu, Argentina millisinin futbolçusu Lionel Messi ilə bağlı xoşagəlməz xəbərlər yayılıb. 

Jun 18, 2026 - 02:16
Messi DÇ-2026-nı yarımçıq tərk edəcək? - Atasının vəziyyəti ağırdır

SAVASHMEDİA.az bildirir ki, futbolçunun atasının səhhəti son günlərdə ciddi şəkildə pisləşib və bu, Messinin emosional durumuna ciddi şəkildə təsir edib.

Bu barədə ilk olaraq Britaniya mətbuatı yazıb. "The Scottish Sun" iddia edib ki, Messinin atası Xorxe Messi uzun müddətdir, davam edən xəstəliklə mübarizə aparır və son vaxtlar vəziyyəti ağırlaşıb.

Oxşar məlumatı "The Times of India" də yayıb. Qeyd olunub ki, atasının səhhəti Messinin Dünya Çempionatındakı emosional anlarının (qol vurduqdan sonra ağlaması - red) əsas səbəblərindən biridir.

"Reuters" isə yazıb ki, Messi matçdan sonra göz yaşlarının futbolla bağlı olmadığını, hazırda çətin günlər yaşadığını desə də, detalları açıqlamayıb.

Bəzi mənbələr isə atasının səhhətində ağırlaşma olacağı təqdirdə Messinin DÇ-2026-nı yarımçıq tərk edə biləcəyini iddia edib.  

Oğuz