Ronaldu paylaşım edərək azarkeşlərdən bunu İSTƏDİ
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu 2026-cı il Dünya Çempionatında uğursuz startdan sonra azarkeşlərə müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, Konqo Demokratik Respublikası ilə 1:1 heç-heçədən sonra hücumçu sosial şəbəkədə komandasına dəstək istəyib.
“Bəli, istədiyimiz başlanğıc deyil, amma hələ heç nə bitməyib. Başımızı dik tutmalı və növbəti oyuna köklənməliyik.”
Qeyd edək ki, o, oyuna start heyətində çıxsa da, matç Portuqaliya üçün uğurlu alınmayıb. Komanda K qrupunda növbəti görüşlərini Özbəkistan və Kolumbiyaya qarşı keçirəcək.
Aytən