Meloni Ərdoğanın istəyini yerinə yetirdi - "Siqareti tərgitdim"

İtaliyanın Baş naziri Corcia Meloni G7 sammitində diqqətləri yenidən özünə cəlb etməyi bacarıb.

Jun 18, 2026 - 01:26
Meloni Ərdoğanın istəyini yerinə yetirdi - "Siqareti tərgitdim"

SAVASHMEDİA.az xəbər verir ki, qeyri-rəsmi söhbət zamanı Meloni yorğun olduğunu bildirərək ona bir fincan qəhvə lazım olduğunu deyib.

Bu zaman Almaniya kansleri Fridrix Merz zarafatla “Bəs siqaret necə?” sualını ünvanlayıb. Meloni isə “Xeyr, artıq siqareti tərgitmişəm” cavabını verib. Onun bu sözləri ətrafdakı liderlər arasında təəccüb doğurub.

Xatırladaq ki, ötən il keçirilən Qəzza Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona zarafatla “Möhtəşəm görünürsən, amma səni siqareti tərgitməyə məcbur etməliyəm” demişdi.

Həmin söhbət zamanı Fransa Prezidenti Emmanuel Makron bunun çətin olduğunu söyləmiş, Meloni isə gülərək “Bilirəm, bilirəm” cavabını vermişdi.

Oğuz