Messini Hindistana aparan təşkilatçı saxlanıldı, pullar qaytarılacaq - VİDEO
Xəbər verdiyimiz kimi, futbol ulduzu Lionel Messinin Hindistana səfəri qalmaqalla yadda qalıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, Kələkətə şəhərində onun iştirakı ilə keçirilən tədbir zamanı azarkeşlər gözləntilərinin doğrulmamasına etiraz ediblər.
Baş verən hadisələrlə əlaqədar Hindistan polisi tədbirin əsas təşkilatçısı Satadru Duttanı saxlayıb və onun həbs olunacağını bildirib.
Həmçinin qeyd edilib ki, satılan biletlərin pulu azarkeşlərə geri qaytarılacaq.
Xatırladaq ki, biletlər yüksək qiymətə satılıb. Klub rəsmiləri, təhlükəsizlik işçiləri və media işçilərindən ibarət sıx bir halqanın Messi, Suares və de Paulu əhatəyə alması azarkeşlərin oyunçuları aydın görməsində çətinlik çəkməsinə səbəb olub. Oyunçular bu vəziyyətdən narahat olublar və meydanı planlaşdırılandan daha tez tərk ediblər.
Azarkeşlər isə pis idarəetmə və həddindən artıq sıxlıq şəraitində Messinin qısa 5-10 dəqiqəlik çıxışından məyus olaraq, barrikadaları qırıb, stadiona stullar, butulkalar ataraq etiraz ediblər.
Oğuz