Moskvaya 20 olkənin lideri gələcək - RBC 

20 ölkənin lideri Moskvada keçiriləcək Qələbə paradında iştirak etmək niyyətində olduqlarını açıqlayıb.

Apr 30, 2025 - 13:57
Moskvaya 20 olkənin lideri gələcək - RBC 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə RBC telekanalı məlumat yayıb. 

Məlumata görə, mayın 9-da MDB dövlət başçıları ilə yanaşı, Braziliya  prezidenti Lula da Silva, Burkina-Faso prezidenti İbrahim Traore, Venesuela prezidenti Nikolas Maduro, Vyetnam prezidenti To Lama, Kuba prezidenti Migel Dias-Kanel və Serbiya prezidenti Aleksandar Vuçiç, Çinin sədri Si Cinpin və Slovakiyanın baş naziri Robert Fitsonun iştirakı gözlənilir. 

BMT-nin baş katibi Antonio Quterreş bu parada qatılmayacaq.

Xatirə SADİQ