Nazir İlkin Məmmədovu müavin təyin etdi - FOTO

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

Apr 12, 2025 - 00:44
Nazir İlkin Məmmədovu müavin təyin etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Əmrə əsasən, İlkin Məmmədov DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İ. Məmmədov 2021-ci ildən DOST Agentliyində fəaliyyətə başlayıb və yeni vəzifəyə təyin olunanadək “Maliyyə və büdcə” şöbəsinin müdiri, “Mühasibatlıq” şöbəsinin müdiri, “Maliyyə və mühasibatlıq” departamenti müdirinin müavini və həmin departamentin müdiri vəzifələrində çalışıb.

İlkin Məmmədov