"O Famil, o da siz, verdim sizə..." - Vəfa Şərifovadan İMTİNA + VİDEO

Müğənni Vəfa Şərifova övladlarının şəxsiyyət vəsiqəsini paylaşıb.

Dec 18, 2025 - 16:47
"O Famil, o da siz, verdim sizə..." - Vəfa Şərifovadan İMTİNA + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, müğənnini bu addımı atmağa məcbur edən səbəb övladlarının atasının kim olduğunun bilinməməsi ilə bağlı gedən söz-söhbətlərdir. 

“Övladlarımın sənədini paylaşmağa məcbur oldum. Sənəddə ata adı Veyis olaraq qeyd olunub. Çünki Famil bəyin əsl adı Veyisdir. Mən illərdir, əxlaqsız mənliksiz bir qadınla mübarizə aparıram. İndiyə qədər heç kimin övladının atasını tanımağa çalışmamışam. Heç kimin övladının sənədi ilə bağlı maraqlanmamışam. Müğənniləri yığıb uşağımın atasını tanıyıb-tanımadıqlarını soruşublar. Müğənnilər uşağımın atasını niyə tanımalıdırlar? Mən sizin hansınızın ərini tanıyıram ki, siz də mənim ərimi tanıyasınız? Ancaq siz mənim ərimi tanıyırsınız, elə mənimlə davanız da ona görədir. Sizə çox gözəl bir xəbərim var. Onu sizinlə baş-başa buraxmışam. Mən artıq 1 ildir ki, o insanın həyatında yoxam. Məndən də, övladlarımdan da əl çəkin. Uzaq durum bizdən, o Famil, o da siz. Bu söz söhbətlərə görə, məni o ədəbsiz, əxlaqsız qadınların ayağına verdiyinə görə, 1 ildir Famildən ayrılmışam. İnsan olaraq ona çox böyük hörmətim var, uşaqlarımın atasıdır, hər zaman hörmətini saxlayacağam, ancaq həyatımda yoxdur. Məndən əl çəkin, bundan sonra davalarınızı onun həyatında kimsə olarsa, onunla edin”. 

Müğənni iş adamı Famillə olan dini nikah kağızını da göstərək qarşı tərəfi ittiham edib:

“Sizə bu kağız lazım idi? Dərdiniz bu idi? Namus qeyrət bununla ölçülür? Lazım gələndə bunu da paylaşacağam. Əlbəttə, bu da əsasdır. Ancaq bundan da vacib bir şey var. 10 ildir mən bu insanın həyatındayam. 10 ildir mən sizi tanıyıram, ancaq bu 10 ildə sizin həyatınızda olan 10 adam tanıyıram. Siz isə məni yalnız bir insanla vurursunuz. Onu da verdim sizə, bağışladım sizə. Halal haram xoşunuz olsun!”

Banu