Oktyabr ayının pensiyaları bu tarixdə ödəniləcək - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənilməsi tarixi açıqlanıb.

Oct 8, 2025 - 15:39
Oct 8, 2025 - 15:40
Oktyabr ayının pensiyaları bu tarixdə ödəniləcək - AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının 10-da ödəniləcək.

Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-i vəziyyətinə əsasən, Azərbaycanda Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 103,3 min pensiyaçı qeydiyyatdadır. Bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən artıb.