Onlar Prezident İlham Əliyevə təşəkkür etdilər

Əvəz Zeynallının azadlığa buraxılması üçün müraciət edən hüquq müdafiəçıləri, ziyalılar, mediya patronları, ictimai-siyasi təşkilat rəhbərləri prezidentə təşəkkür ediblər.

Apr 25, 2025 - 23:52
Onlar Prezident İlham Əliyevə təşəkkür etdilər

SAVASHMEDİA.az həmin müraciəti təqdim edir:

Cənab Prezident!

“Xural” Media Yayınları Evinin rəhbəri Əvəz Zeynallının həbsdən azad olunması ilə bağlı hüquq müdafiəçiləri, ziyalılar, mediya nümayəndələri, ictimai təşkilat rəhbərlərinin ünvanladığı müraciətə kifayət qədər çevik və müsbət cavab verildiyi üçün Sizə dərin minnətdarlığımızı bildiririk!

Dünyada baş alıb gedən xaotik proseslər fonunda xalqımızın milli həmrəyliyə çox ehtiyacı olduğu dövrdə atdığınız bu humanist addım dövlətimizə əminliyimizi bir daha təsdiqləmişdir!

İnanırıq ki, öz vətəndaşlarına olan bu humanist addımlar Sizin tərəfinizdən davam edəcəkdir!

Cənab prezident!

Bir daha Sizə təşəkkür edir, fəaliyyətinizdə uğurlar diləyirik!

25.04.2025