"Onu məcbur edəcəyik, etməsəm, namərdəm" - Ərdoğan CHP-dən bunu gözləmirdi

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel ara seçki tələbi ilə çıxış edib.

Apr 1, 2026 - 17:12
"Onu məcbur edəcəyik, etməsəm, namərdəm" - Ərdoğan CHP-dən bunu gözləmirdi

SAVASHMEDİA.az xəbər verir ki, Ö.Özel bu məsələ ilə bağlı yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşəcəyini bildirib.

CHP sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkiyə getməsi üçün əllərindən gələni edəcəklərini deyib:

“Seçkiyə getməsi üçün hər şeyi edəcəyik. Getməsə, yaxın günlərdə TBMM sədri ilə görüşəcəyəm. Görüş səbəbim ara seçki tələb etməkdir. Konstitusiyamızın ara seçki tələb etdiyi günlərdən keçirik. Ara seçkiyə getmək üçün çox iddialı bir həmləmiz də olacaq. Bu millətin qarşısına bir şəkildə bir seçki qutusunu gətirəcəyik. Hər şeyi gözə alacağıq. Buyurub gəlin. CHP-nin əvvəllər qazandığı yerlərdə AKP-yə (hakim Ədalət və İnkişaf Partiyası – red) məğlub olsam, və ya geriləsəm, istefa verəcəyəm. Sən may, iyun aylarına seçki (parlament) keçir, o sandıqların yanına bələdiyyə seçki sandığını qoymayan namərddir”.

Özgür Özelin açıqlamasından sonra R.T. Ərdoğan TBMM sədri Numan Kurtulmuşla görüşüb. Görüşdə hansı məsələnin müzakirə olunduğu açıqlanmayıb. AKP-nin toplantısından sonra Ərdoğana Özelin ara seçki tələbi ilə bağlı sual verilib. Türkiyə prezidenti sualı cavabsız qoyub.

Bəs ara seçki nədir və Özgür Özel “iddialı həmlə” dəyərkən nəyi nəzərdə tutur?

Ara seçki normal vaxtdan kənar keçirilən seçkidir. Millət vəkilinin istefası, vəfat etməsi və ya vəkilliyinin məhkəmə qərarı ilə ləğv edilməsi halında parlamentdə yaranan boşluğu doldurmaq üçün keçirilir. Normal seçkilərdən 30 ay keçmədiyi, seçkilərə 1 il qaldığı və 30 deputat kürsüsünün boş qalmadığı halda keçirilə bilməz.

Hazırda Türkiyə Böyük Millət Məclisində 8 deputat kürsüsü boşdur. Ara seçkilərin keçirilməsi üçün 22 deputat da istefa verməlidir. Özgür Özelin “ara seçkiyə getmək üçün çox iddialı bir həmləmiz olacaq” açıqlaması CHP-nin 22 deputatının riskə gedərək istefa verəcəyi kimi şərh olunur.

Banu