“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni təyinat

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib.

Feb 11, 2026 - 16:15
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı - Yeni təyinat

Bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Xəbəri rus dilində oxuyun: Уволен начальник “госпиталя Папанина”

“Papanin hospitalı” kimi tanınan Baş Klinik Hospitalın rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib. (qafqazinfo)