Paşinyan qələmi stola çırpdı, əsəbdən sifəti səyridi - Putin nə demişdi? + ANBAAN VİDEO
Dünən Kremldə Putinlə Paşinyan arasında görüş keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, görüş iki lider üçün də son dərəcə gərgin keçib.
Xüsusilə də Paşinyanın bədən dili, mimikası, hərəkətləri bu gərginliyi açıq-aşkar gözlər önünə sərib.
Görüş zamanı ilk Vladimir Putin çıxış edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı danışarkən Qarabağ mövzusunu ortaya atıb. O bildirib ki, Qarabağ hələ də həssas məsələdir:
“Əlbəttə, Qarabağla bağlı olan bütün məsələlər hələ də həssasdır. Biz bunu sizinlə daim müzakirə edirik. Bilirik ki, sizdə, həmkarlarınızda KTMT ilə bağlı müəyyən suallar, narazılıqlar yaranıb və hələ də qalır”.
Putin Ermənistanın Qarabağı tanımasında mətnaltı olaraq Paşinyanı günahlandırıb:
"Düşünürəm ki, 2022-ci ildə Praqada Ermənistanın Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanımasından sonra KTMT-nin bu prosesə müdaxilə etməsi tamamilə yersiz olardı. Çünki bu proses artıq Azərbaycanın daxili məsələsi xarakterini almışdı”.
Putinin sözləri Paşinyanı gərginləşdirib. Onun əsəbdən üzü qızarıb, sifəti səyriyib və qeydlər apardığı qələmini stolun üstünə atıb.
Daha sonra bildirib ki, Ermənistan bu addımı Rusiya rəhbərliyinin açıqlamasına uyğun olaraq atıb:
“Ermənistanda artıq açıq şəkildə bildirmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik. Çünki Ermənistan və Azərbaycan Alma-Ata Bəyənnaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Lakin İrəvan bu addımı Rusiya rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu iki dəfə açıq şəkildə bəyan etməsindən sonra atıb”.
Vəsilə İBRAHİM