"Prezident olanda ilk onu soruşdum ki, yadplanetlilər varmı"? - Obamaya verilən cavab

ABŞ-nin 44-cü prezidenti Barak Obama kainatda tək olmadığımıza inandığını, lakin məşhur konspirasiya nəzəriyyələrinin həqiqəti əks etdirmədiyini bəyan edib. 

Feb 15, 2026 - 11:54
Feb 15, 2026 - 12:58
"Prezident olanda ilk onu soruşdum ki, yadplanetlilər varmı"? - Obamaya verilən cavab

SAVASHMEDİA.az xəbər verir ki, Obama prezidentliyi dövründə bu məsələ ilə şəxsən maraqlandığını gizlətməyib.

Obama zarafatla bildirib ki, 2009-cu ildə Ağ Evə gələndə verdiyi ilk suallardan biri "yaşıl adamcıqlar"ın harada saxlanılması ilə bağlı olub:

"Prezident olanda soruşdum ki, haradasa yadplanetlilərin cəsədlərini və kosmik gəmilərini saxladığımız laboratoriya varmı? Bir az araşdırdılar və cavab "xeyr" oldu".

Nevadadakı gizli hərbi bazada yadplanetli texnologiyalarının saxlanılması barədə iddialara toxunan Obama belə deyib:

Gizli baza yoxdur: "Onlar mövcuddur, amma mən onları görməmişəm. "Zona 51"-də heç bir yeraltı kompleks və ya yadplanetli yoxdur. Əgər ortada çox böyük bir qəsd yoxdursa və bunu hətta ABŞ prezidentindən belə gizlətməyiblərsə, orada heç nə yoxdur".

Zarafatları bir kənara qoyan Obama ABŞ ordusunun qeydə aldığı naməlum uçan obyektlərin (UAP) ciddi məsələ olduğunu təsdiqləyib:

"Ciddi deyirəm, səmada elə obyektlərin görüntüləri və qeydləri var ki, biz onların tam olaraq nə olduğunu bilmirik. Onların necə hərəkət etdiyini, trayektoriyalarını izah edə bilmirik. Bu, hələ də öyrənilən bir mövzudur".