Putindən milyonçulara müharibə naminə "atışmaq" təklifi - Kərimov 100 milyard verdi
Rusiya prezidenti Vladimir Putin aparıcı biznes liderləri ilə qapalı görüşdə müharibənin maliyyələşdirilməsi üçün büdcəyə könüllü ianələr etməyi təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu haqda "The Bell" nəşri mənbələrə istinadla yazıb.
Məlumata görə, görüş Rusiya Sənayeçi və Sahibkarlar Birliyinin (RSSB) qurultayından sonra keçirilib. Mənbələr müharibənin maliyyələşdirilməsinə, federal hərbi istiqrazlar daxil, vəsait toplamağın mümkün mexanizmlərin müzakirə olunduğunu deyiblər.
Müəssisələri hərbi maliyyələşdirməyə cəlb etmək ideyasının "Rosneft"in baş direktoru İqor Seçinə məxsus olduğu bildirilir. İddialara görə, o, həmin ideyanı Putinə göndərdiyi məktubda irəli sürüb.
Görüş iştirakçılarının bəziləri təklifə dərhal razılaşıblar. "The Bell" yazır ki, iş adamı Süleyman Kərimov 100 milyard rubl (123.5 milyon ABŞ dolları) ianə söz verib.
Xatırladaq ki, milliyətcə ləzgi olan Süleyman Kərimov Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunur.
Oğuz