Putinin dostundan, UEFA-nın həmin qərarından və Berdıyevdən DANIŞDI - "Çempionluğa oynayacağıq"

"Turan-Tovuz" futbol klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev bu gün jurnalistlərlə görüşündə klubun hədəfləri, transferlər və UEFA-nın məlum qərarı ilə bağlı danışıb.

Aug 4, 2026 - 23:21
Aug 5, 2026 - 00:04
Putinin dostundan, UEFA-nın həmin qərarından və Berdıyevdən DANIŞDI - "Çempionluğa oynayacağıq"

SAVASHMEDİA.az xəbər verir ki, Ehtiram Quliyev bu gün imzalanan 2 milyon dollarlıq sponsorluq müqaviləsini Azərbaycan futbolu üçün mühüm hadisə adlandırıb.

"Əvvəl sponsor tapmaq çox çətin idi. Biz müqavilənin məbləğini gizlətmədik. İnanırıq ki, bu, başqa şirkətləri də futbola dəstək verməyə həvəsləndirəcək", - o bildirib.

Ehtiram Quliyev "Turan-Tovuz"un əsas məqsədinin çempionluq uğrunda mübarizə aparmaq olduğunu deyib: "Buradan hamıya elan edirik ki, builki hədəfimiz çempionluqdur. Mövsümün sonuna qədər çempionluq yarışının içində olmaq istəyirik. Əminliklə deyə bilərəm ki, bu mövsüm keçən ildəkindən daha güclü, daha dinamik və daha keyfiyyətli "Turan Tovuz" görəcəksiniz"

Quliyev həmçinin UEFA-nın qərarından sonra futboldan ayrılmağı düşündüyünü, lakin sonradan bu fikirdən daşındığını deyib.

Klub rəhbəri əlavə edib ki, baş məşqçi Qurban Berdıyevlə müqavilə daha iki il uzadılıb.

O, Rusiya Prezidenti Vladimir Putinin dostu, əslən Tovuzdan olan iş adamı İlham Rəhimovun kluba dəstək verəcəyi barədə iddiaları isə "sadəcə şayiə" adlandırıb.

Oğuz