“Qarabağ”ın Avroliqada 6 mümkün rəqibi… - SİYAHI
“Aston Villa”nın Avropa Liqasının finalında qələbə qazanması turnirin yeni mövsümündə 1-ci təsnifat mərhələsində iştirak edəcək komandaların sayına təsir edib.
SAVASHMEDİA.az xəbər verir ki, artıq ilk təsnifat mərhələsində 16 yox, 12 komanda mübarizə aparacaq. Bu komandalar arasında Azərbaycanın vitse-çempionu “Qarabağ” da var.
Ağdam təmsilçisi püşkatmada səpələnmişlər sırasında olacaq.
Dəyişiklikdən sonra səpələnmiş və səpələnməmiş komandaların sayı 8 yox, 6 olub. “Qarabağ”ın mümkün rəqiblərindən 5-i artıq məlumdur:
- “Voyvodina” (Serbiya)
- “ÇFR Kluj (Rumıniya)
- “Aluminiy” (Sloveniya)
- “Derri Siti” (İrlandiya)
- “Vestri” (İslandiya)
6-cı mümkün rəqib isə Slovakiyanın “Jilina” və ya Moldovanın “Zimbru” klubu olacaq. “Zimbru” mayın 23-də ölkə kubokunun finalında qalib gəlsə, bu siyahıya daxil ediləcək.
Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Bir gün sonra 2-ci təsnifat mərhələsinin püşkü atılacaq və “Qarabağ” burada da səpələnmişlər sırasında yer alacaq.
Lakin əgər “Qarabağ” mərhələ adlayarsa, iyulun 20-də keçiriləcək 3-cü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər sırasında düşmək ehtimalı var.