Rəqsanə İsmayılova yenidən həbsxanaya qayıdacaq? - Nə baş verdi? 

Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasındakı qalmaqal səngimək bilmir. 

Jan 26, 2026 - 14:10
Jan 26, 2026 - 14:57
Rəqsanə İsmayılova yenidən həbsxanaya qayıdacaq? - Nə baş verdi? 

SAVASHMEDİA.az xatırladır ki, Səidə Bəkirqızı Rəqsanənin “body” geyimdə etdiyi fotosessiyanı sərt şəkildə tənqid edib. 

Bunun ardınca Rəqsanə İsmayılova sosial şəbəkələrdə aparıcının şəxsi həyatı ilə bağlı iddialar səsləndirib, eyni zamanda Səidə Bəkirqızının atasına ünvanlanan təhqiramiz ifadələr işlədib. Səidə Bəkirqızı isə bu məsələyə görə onu məhkəməyə verəcəyini açıqlayıb.

Aparıcı Səidə Bəkirqızı demokrat.az-a açıqlamasında bildirib ki, artıq hüquqi prosedura başlanılıb:

“Jurnalist mövqeyimi ifadə etmişdim. Bunu edərkən də heç kəsi təhqir etməmişəm. Nə atasını, nə anasını, nə də şəxsiyyətini alçaltmışam. Lakin onun məni təhqir etdiyi, barəmdə böhtan və ağır ittihamlar səsləndirdiyi və bunları sosial şəbəkələrdə yaydığı üçün artıq hüquq-mühafizə orqanlarına müraciət etmişəm. 

Onunla yalnız hüquqi müstəvidə, Azərbaycan qanunlarına əsaslanaraq danışacağam. Sosial şəbəkələrdə ona heç bir cavab verməyəcəyəm. Ancaq haqqımda yaydığı bütün yalan məlumatlara, atamın və babamın təhqir olunmasına, övladlarımın alçaldılmasına, eləcə də keçmişimlə bağlı əsassız iddialarına görə, o, qanun qarşısında cavab verəcək. Xüsusi olaraq qeyd edim ki, bu məsələ nə üzr istəməklə, nə də hər hansı təzminatla bağlanacaq. Mən birmənalı şəkildə onun həbs olunmasını tələb edəcəyəm, çünki bu, açıq-aşkar böhtan və təhqir faktıdır”.