Sabah bu rayonlarda qaz olmayacaq
Sabah bəzi rayonların qaz təchizatı dayandırılacaq.
Bu barədə SAVASHMEDİA.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğrayan hissələrin təmiri məqsədilə saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli və Saatlı rayonlarında tam olaraq (ümumi 46071 abonent), Sabirabad rayonunun bir hissəsində (ümumi 26672 abonent), həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsində (ümumi 510 abonent) qaz təchizatı dayandırılacaq.