Tahir Gözəl “Azersun”un başına necə keçib? - Əhməd Gözəlin ölkədən gedişi ilə bağlı MÜƏMMA
"Azersun Holding" MMC-nin Müşahidə Şurasının yanvarın 18-də vəfat etmiş sədri Abdolbari Gözəli oğlu Əhməd Gözəl ilə əvəzləyəcəyi gözlənilsə də, bu baş vermədi.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, mərhum Abdulbari Gözəl vəfatından bir müddət əvvəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğlu Əhməd Gözələ təhvil verməyə başlayıb.
Bu səbəbdən də Əhməd Gözəl son aylarda "Azersun Holding"in idarəçiliyində fəal iştirak edib. Buna görə də "Azersun Holding"in yeni rəhbərinin məhz o olacağı heç kimdə şübhə doğurmayıb.
Abdolbari Gözəlin dünyasını dəyişməsindən sonra da şirkətdə idarəçilik tam olaraq Əhməd Gözəldə olub. Şirkətlə bağlı qərarları o verib, yeni kadr dəyişiklikləri məhz onunla razılaşdırılıb.
Fotoda Əhməd Gözəl
Lakin sonra gözlənilmədən şirkətin başına Abdolbari Gözəlin digər oğlu Tahir Gözəl keçdi. Əhməd Gözəl isə qardaşı Tahir Gözəlin Müşahidə Şurasının sədri vəzifəsinə keçməsindən sonra nəinki vəzifəsindən uzaqlaşdı, hətta Azərbaycanı tərk edərək Dubaya köçdü.
Bu müəmmalı gedişin arxasında hansı məsələlərin olduğu barədə ilginc məlumatlar əldə etmişik. Həmin məlumatlarda "Azersun Holding"dəki "hakimiyyət çevrilişi"nin gizlinlərindən bəhs olunur.
Növbəti yazımızda bu və ya digər qaranlıq məqamlara işıq tutacağıq.
Oğuz