Tanınmış vəkil Bakı bulvarında vəfat etdi - Gəzintiyə çıxıbmış + FOTO

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Apr 26, 2025 - 10:44
Tanınmış vəkil Bakı bulvarında vəfat etdi - Gəzintiyə çıxıbmış + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.