“Tramp nə edəcəyini bilmir” – Mixail Kasyanov
“Onlar [ABŞ] nə edəcəklərini bilmirlər. Trampın indi verdiyi siqnallar ondan ibarətdir ki, o, qəzəblənməyə bilər, amma Putinin gecikdirməsindən çox narahatdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş naziri, hazırda xaricdə yaşayan Mixail Kasyanov ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində deyib.
“Rusiyanın atəşkəs üçün əlavə şərtlər irəli sürməsindən bir həftədən çox vaxt keçir. ABŞ-dan heç bir cavab yoxdur. Tramp nə edəcəyini bilmir. Bütün bunların sonu necə olacaq?” sualına Kasyanov belə cavab verib:
“Tramp, nədənsə, elə bilir ki, Putin indi bəyan etdiyi tələbləri qəbul edib yenidən nəzərdən keçirəcək: sanksiyaların ləğvi, Rusiya Kənd Təsərrüfatı Bankı və orada başqa bir şey”.
Dmitri Qordon: Bəs Putin?
Mixail Kasyanov: Putin heç nə etməyəcək [yenidən baxmayacaq]. O, artıq ABŞ-dan cavab gözlədiyini bildirib: Tramp bunu udacaq, ya yox. Və Tramp nə cavab verəcəyini bilmir. Artıq bir həftədən çox vaxt keçdi. İndi top, Trampın dediyi kimi, ABŞ-nin meydançasındadır. Putinin sanksiyalarının cavabı olmalıdır: qəbul olunub, ya yox. Əgər onlar bunu qəbul etməsələr, Tramp başa düşür ki, Putin danışıq qabiliyyətli deyil”.
Xatirə SADİQ