"Tramp necə dözdü, Zelenskini niyə vurmadı?" - Zaxarova 

“Zelenskinin bütün yalanları arasında ən böyük yalanı Ağ Evdə 2022-ci ildə Kiyev rejiminin dəstəksiz, təkbaşına qalması barədə bəyanatıdır”.

Mar 1, 2025 - 01:06
"Tramp necə dözdü, Zelenskini niyə vurmadı?" - Zaxarova 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Telegram" kanalında yazıb.

ABŞ və Ukrayna prezidentləri arasında mübahisəni şərh edən Zaxarova Trampla Vensin Zelenskini vurmamasına təəccübləndiyini bildirib:

"Tramp və Vens necə özlərini saxlayıb onu vurmadılar. Möcüzəvi təmkin nümayiş etdirdilər", - diplomat qeyd edib.