Tramp Putinlə bağlı paylaşımını sildi - Yenidən yazdı

ABŞ Prezidentinin az müddət sonra sosial şəbəkə hesabında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı barədə paylaşımı silməsi xüsusi maraq doğurub.

Jun 4, 2025 - 22:32
Tramp Putinlə bağlı paylaşımını sildi - Yenidən yazdı

SAVASHMEDİA.az xəbər verir ki, bəzi dünya KİV-ləri bu məqama diqqət çəkiblər.

Lakin bir dəqiqə sonra Ağ Ev rəhbəri əvvəlki paylaşımını yenidən - nöqtə-vergülünə toxunmadan aktivləşdirib.

Həmin statusu təqdim edirik: 

"Rusiya Prezidenti Vladimir Putinlə danışığımı indicə bitirdim. Zəng təxminən bir saat 15 dəqiqə davam etdi. Biz Ukraynanın Rusiya hava limanlarına hücumunu, eləcə də hər iki tərəfdən baş verən müxtəlif hücumları müzakirə etdik. Yaxşı söhbət oldu, lakin bu, dərhal sülhə gətirib çıxaracaq anlamını vermir. Prezident Putin çox sərt şəkildə dedi ki, o, son hücumlara cavab verməli olacaq. Biz həmçinin İranla bağlı danışdıq, bildirdik ki, İranın nüvə silahı ilə bağlı zaman azdır və bu barədə qərar verməlidir. Mən Prezident Putinə dedim ki, İran nüvə silahına sahib ola bilməz, fikrimcə, Putin də mənimlə razıdır. Putin bildirdi ki, böyük ehtimalla, İranla danışıqlara qatılacaq və bəlkə də onların tezliklə yekunlaşmasına kömək edəcək. Fikrimcə, İran qərar verməkdə gecikir və o, çox qısa müddətdə cavab verməlidir”.