“Trampın dövründəki ABŞ başqa planetdə yaşayır” – Kristof Hoysgen
“Münhen Təhlükəsizlik Konfransının builki tədbiri müəyyən mənada Avropa dəhşətinə çevrildi”.
SAVASHMEDİA.az “DPA”-ya istinadən xəbər verir ki, bunu konfransın sədri Kristof Hoysgen deyib.
Konfransın həm də bir çox məsələlərə aydınlıq gətirdiyini vurğulayan Hoysgenin sözlərinə görə, Qərb Trampın dövründəki Amerikanın başqa planetdə yaşadığını göstərdi.
“Biz həmçinin hiss etdik ki, hətta respublikaçı senatorlar da ictimai çıxışlarında çox ehtiyatlıdırlar, çünki öz prezidentlərindən qorxurlar”, - deyə konfrans sədri əlavə edib.
Rusiya ilə Ukrayna arasında mümkün sülh danışıqlarından danışarkən Hoysgen bildirib ki, Avropanın birlikdə yanaşı dayanmalıdır.
“Biz daha çox güc nümayiş etdirməliyik. Avropa təkcə danışıqlar masası arxasında oturmaq istəmir, həm də Ukrayna üçün öz təhlükəsizlik planını hazırlamalıdır", - Hoysgen vurğulayıb.
Maraqlıdır ki, onun şərhi ABŞ-nin vitse-prezidenti Cey Di Vensin demokratiyanın durumu ilə bağlı avropalı müttəfiqlərini tənqid etməsindən sonra səsləndirilib.
Amerikalı vitse-prezidentin “Almaniya üçün Alternativ” (AfD) ifrat sağçı partiyası ilə əməkdaşlıq tövsiyəsi isə alman qanunvericilərini hiddətləndirib.
Almaniya siyasi partiyalarının liderləri, o cümlədən AfD lideri Alisa Vaydellə bir araya gələn Cey Di Vens kansler Olaf Şoltsla görüşməyib.
Xatirə SADİQ