“Turan Tovuz” azarkeşləri bizə qarşı çox aqressivdir, başa düşmürəm” - “Zirə”nin futbolçusu
“Bilirdik ki, bizi standart və aut vəziyyətlərindən yararlanmağı bacaran komandaya qarşı oyun gözləyir. Burada oynamaq hər zaman çətindir. Düşünürəm ki, ədalətli nəticə heç-heçə idi, amma sonda diqqətsizliyimizdən qapımızda qol gördük”.
SAVASHMEDİA.az xəbər verir ki. bu sözləri sportify.az-a açıqlamasında “Zirə”nin futbolçusu Qismət Alıyev Misli Premyer Liqasının VI turunda səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
29 yaşlı müdafiəçi qarşılaşmada azarkeşlərin aqressiv davranışından bəhs edib:
“Turan Tovuz" azarkeşlərinin aqressiyasının oyun baxımından nəticəyə təsir etdiyini deməzdim. Sadəcə azarkeşlərin bizə qarşı bu qədər aqressiv olmalarını başa düşmürəm. Nə olacağını isə zaman göstərəcək. Hələ çempionatın əvvəlidir. Qarşıdan milli fasiləsi gəlir. Növbəti oyunlara hazırlaşacağıq. Bu rəqiblə növbəti dövrələrdə yenə oyunlarımız olacaq”.
Alıyev görüşün son dəqiqələrində yaşanan gərginliyə də münasibət bildirib: “Böyük bir şey baş vermədi. Sadəcə onların, səhv etmirəmsə, ehtiyat oyunçularından biri bizim tərəfə nə isə etməyə başladı. İstər-istəməz məğlub olan komandaya belə şeylər bir az pis təsir edir. Sadəcə, yoluna qoyduq. Rəqib komandanı təbrik edirik”.