Xamenei həmin təyyarədə Moskvaya qaçdı? - İDDİA 

İndilərdə Tehrandan Moskvaya uçan Airbus A321-231 (EP-IGD) VIP konfiqurasiyalı təyyarə Vnukova hava limanına enib.

Jan 30, 2026 - 11:28
Xamenei həmin təyyarədə Moskvaya qaçdı? - İDDİA 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə paylaşım edən jurnalist Cavanşir Həsənli bildirib ki, həmin təyyarə İran hökuməti tərəfindən yüksək rütbəli rəsmilərin (məsələn, xarici işlər naziri və ya parlament spikeri) daşınması üçün istifadə olunur.

Jurnalist bildirib ki, Xamenei səfərləri üçün adətən daha böyük olan Airbus A340-313 (EP-IGA) təyyarəsindən istifadə edir. Bəzən isə o, təhlükəsizlik və ya təbliğat məqsədilə adi sərnişin təyyarələri ilə səyahət edib.

“Lakin hələ İranda etirazlar geniş vüsət alanda təhlükəsizlik baxımından onun üçün xüsusi evakuasiya planı hazırlandığı iddia edilirdi. Bu cür “kritik anlarda” (məsələn, paytaxtın tərk edilməsi zərurəti yarandıqda) hökumət donanmasındakı istənilən VIP təyyarə, o cümlədən EP-IGD bu məqsədlə istifadə oluna bilər”, – deyə o qeyd edib.

Həsənlinin sözlərinə görə, “Meraj Airlines” tərəfindən idarə olunan EP-IGD hazırda İran hökumətinin ən aktiv və müasir VIP təyyarələrindən biridir:

“Adətən parlament spikeri və ya xarici işlər naziri kimi rəsmiləri daşısa da, fövqəladə hallarda Xameneyi və onun yaxın çevrəsi üçün sürətli nəqliyyat vasitəsi kimi çıxış edə bilər. EP-IGD-nin hələ 10 yanvar 2026-cı il tarixində radarlardan itməsi və uçuş izləmə sistemlərindən qeyb olması kimi hadisələr bu təyyarənin “həssas” missiyalar üçün istifadə edildiyini göstərir. Kritik anlarda izlənilməməsi üçün bu cür tədbirlər görülə bilər”.

Qeyd edək ki, jurnalist daha əvvəlki paylaşımında bildirmişdi ki, təyyarə təcili uçuş zamanı Xəzər dənizi üzərindən deyil, birbaşa Azərbaycanın üzərindən keçib. Bu da o deməkdir ki, uçuş əvvəlcədən Azərbaycan hökuməti ilə planlaşdırılmış ola bilər.

Bununla paralel olaraq, monitorinq kanallarının məlumatına əsasən, daha əvvəl Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etdiyi bildirilən ABŞ-a məxsus hərbi təyyarələr Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.

Səlcuq