Xameneinin tabutunun ilk görüntüləri yayıldı - FOTO

İranın mərhum Ali Rəhbəri Əli Xamenei və onunla birlikdə həlak olmuş ailə üzvlərinin tabutlarının görüntüləri yayılıb.

Jul 2, 2026 - 11:14
Jul 2, 2026 - 11:59
Xameneinin tabutunun ilk görüntüləri yayıldı - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, həmin görüntüləri İranın "Tabnak" nəşri yayıb.

Məlumata görə, Tehrandakı Mosalla kompleksində keçiriləcək rəsmi vida mərasimi ərəfəsində tabutların yerləşdiriləcəyi xüsusi platforma hazırlanıb.

Qeyd edək ki, Əli Xamenei 28 fevral 2026-cı ildə ABŞ və İsrailin Tehrana endirdiyi birgə hava zərbələri zamanı həlak olub. Onun dəfni əvvəlcə mart ayına planlaşdırılsa da, müharibə və təhlükəsizlik səbəblərindən bir neçə dəfə təxirə salınıb.

Son məlumata əsasən, vida mərasimləri 4-9 iyul tarixlərində keçiriləcək və dəfn Məşhəd şəhərində baş tutacaq.

Oğuz