Zelenski Putinə üz-üzə danışmağı TƏKLİF ETDİ - Atəşkəs planı açıqlandı
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə atəşkəsin müxtəlif formatlarını təklif edir.
SAVASHMEDİA.az xəbər verir ki, təkliflər arasında hava məkanında qarşılıqlı zərbələrin, eləcə də enerji və mülki infrastruktur obyektlərinə hücumların dayandırılması yer alıb.
Bu barədə danışan Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, bu addımlar tərəflər arasında etimadın formalaşmasına və gələcək sülh danışıqları üçün zəmin yaradılmasına xidmət edə bilər.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa, üz-üzə müzakirələrə də hazır olduğunu bildirib.
Müşavir qeyd edib ki, Ukrayna ilk mərhələdə hava məkanında qarşılıqlı zərbələrin dayandırılması, enerji infrastrukturunun hədəfə alınmaması, həmçinin mülki obyektlərə hücumların dayandırılması kimi variantları müzakirə etməyə hazırdır.
Bununla yanaşı, rəsmi Kiyev Rusiyanın bu cür təşəbbüslərə real şəkildə əməl etməsinin vacibliyini vurğulayır. Ukrayna tərəfi hesab edir ki, məhdud atəşkəs formatlarının uğurlu tətbiqi gələcəkdə daha genişmiqyaslı sülh razılaşmasına doğru mühüm addım ola bilər.
Səlcuq