1 qəpiyə yumurta - Niyə və hansı marketlərdə?
Azərbaycanda yumurtanın kəskin ucuzlaşması müşahidə olunur və bəzi satış nöqtələrində 1 ədəd yumurtanın qiyməti hətta 1 qəpiyə qədər enib.
SAVASHMEDİA.az xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, bu kəskin ucuzlaşmanın əsas səbəbi mövsümi istehsal artımıdır.
Belə ki, yay aylarında toyuqların yumurtlama məhsuldarlığı yüksəlir və bazara çıxarılan ümumi yumurta həcmi artır. Eyni zamanda isti hava şəraiti ilə bağlı yumurtaya olan gündəlik tələbat da bir qədər azalır ki, bu da təklifin tələbi üstələməsinə gətirib çıxarır. Bütün bunlart qiymətlərin enməsinə gətirib çıxarır.
Maraqlıdır, bəs ədədi 1 qəpiyə təklif olunan yumurtanı hansı marketlərdən almaq olar?
SAVASHMEDİA.az əməkdaşının müşahidələrinə görə, ucuz yumurtalar əsasən iri supermarket şəbəkələrində təklif edilir. Məsələn, "Araz" , "Bazarstore" və "Bravo" kimi iri marketlər yumurtanı daha ucuz qiymətlərə təklif edir.
Ümumilikdə isə bu vəziyyətin uzunmüddətli davam edəcəyi gözlənilmir. Ekspertlər hesab edirlər ki, bazarda mövsümi balans dəyişdikcə qiymətlər də yenidən normallaşacaq və hazırkı kəskin ucuzlaşma yeruini qismən bahalaşmaya verəcək.
Aytən