Üzərində dini yazı olmasa da… - Türkiyə istədi, FİFA razılaşdı + FOTO 

DÇ-2026-nın qrup mərhələsinin II turunda keçirilən Türkiyə - Paraqvay matçından öncə maraqlı hadisə yaşanıb.

Jun 20, 2026 - 16:33
Üzərində dini yazı olmasa da… - Türkiyə istədi, FİFA razılaşdı + FOTO 

SAVASHMEDİA.az xəbər verir ki, Türkiyə tərəfi dövlət bayrağının meydançada yerə sərilməsinə qarşı çıxaraq, bayağın əldə tutulmasını tələb edib.

Təşkilatçılar Türkiyə tərəfinin bu tələbini yerinə yetiriblər və dövlət bayraqları xüsusi şəxslər tərəfindən tutularaq təqdim olunub.

xatırladaq ki, bu tələb ilk dəfə Səudiyyə Ərəbistanı və İraq milliləri tərəfindən dini səbəblərlə irəli sürülüb. Bildirilib ki, üzərində müqəddəs yazılar olan bayraqların yerə qoyulması uyğun hesab edilmir.

Daha sonra dövlət bayrağı üzərində hər hansı dini yazının olmamasına baxmayaraq Türkiyə də eyni tələblə çıxış edib və təşkilatçılar bu istəyi nəzərə alıblar.

Səlcuq

Həmin anın fotosunu təqdim edirik: