70 yaşlı Araz Ağalarov boşandı və... - 27 yaşlı xanımla yeni nikaha girdi
"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarovun şəxsi həyatında dəyişikliklər baş verib.
SAVASHMEDİA.az xəbər verir ki, 70 yaşlı iş adamı həyat yoldaşı İrina Ağalarovadan boşanıb və 27 yaşlı Alyona İvanova ilə rəsmi olaraq evlənib.
Belə ki, Araz Ağalarovun yeni həyat yoldaşı artıq sosial mediada və sənədlərində soyadını dəyişib.
Xatırladaq ki, Araz Ağalarov və İrina Ağalarova 40 ildən artıq evli olub. Onların bu nikahdan Emin və Şeyla adlı övladları var.
Oğuz
Fotoda: Emin, İrina və Araz Ağalarovlar