AFFA "Neftçi"ni cərimələdi - "Qarabağ"a görə

Xəbər verdiyimiz kimi, "Neftçi-2" klubu Əvəzedicilər Liqasının XV turunda baş tutan "Qarabağ-2" ilə oyunda rəqibin azarkeşlərini stadiona buraxmayıb.

Feb 11, 2026 - 14:45
AFFA "Neftçi"ni cərimələdi - "Qarabağ"a görə

SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, "flaqman" bu səbəbdən AFFA İntizam Komitəsi tərəfindən 200 manat məbləğində cərimələnib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, qarşılaşma "Neftçi-2" komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.