Amerikalılar Trampı bağışlamadı - Reytinqi 33 faizə düşdü
ABŞ Prezidenti Donald Trampın ictimai dəstəyi yeni minimuma enib.
SAVASHMEDIA.az xəbər verir ki, “Reuters” və “Ipsos”un 17 avqustda açıqladığı sorğunun nəticələrinə görə, amerikalıların yalnız 33 faizi Donald Trampın fəaliyyətini bəyənir, 64 faiz isə onu dəstəkləmir.
Bununla da Trampın reytinqi hazırkı prezidentlik dövründə ən aşağı səviyyəyə düşüb.
Sorğuda iştirak edən amerikalıların təxminən 80 faizi ABŞ-İran müharibəsinin uzun müddət davam edəcəyini düşünür.
“Reuters” qeyd edir ki, uzun sürən münaqişə, yanacağın bahalaşması və iqtisadi problemlər Trampa olan narazılığı artırır. Bu vəziyyət noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində Respublikaçılar üçün ciddi siyasi risk yarada bilər.
Aytən