Araz Ağalarovun 27 yaşlı xanımı İLK DƏFƏ danışdı - "Əvvəl istəyirdim ki..."
Rusiyalı milyarder, "Crocus Group"un sahibi Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena (Alyona) İvanova ilk dəfə mətbuata açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, uzun müddətdir şəxsi həyatını ictimaiyyətdən gizli saxlayan Alena münasibətləri barədə deyil, sahib olduğu biznesdən danışıb.
Rusiyanın VOICE nəşrinə müsahibə verən Alena bildirib ki, öz tekstili brendini yaradıb.
Onun sözlərinə görə, əvvəlcə yataq dəstləri istehsal etməyi planlaşdırsa da, istehsal prosesinin daha mürəkkəb olduğunu nəzərə alaraq fəaliyyətə dəsmalların istehsalı ilə başlayıb.
"İstəyirdim ki, insanlar keyfiyyətli məhsulu münasib qiymətə ala bilsinlər. Buna görə də ilk olaraq dəsmal istehsalı ilə yola başladıq", – o qeyd edib.
Qeyd edək ki, Araz Ağalarovun uzun illər evli olduğu həyat yoldaşı İrina Ağalarovadan ayrılaraq Alena İvanova ilə ailə qurduğu bu ilin mart ayında məlum olub. Cütlüyün artıq övladları da var.
Aytən