"Arvadı Makronla pis davranır, çənəsinə necə vurubsa..." - Tramp lağ etdi + VİDEO
Donald Tramp İrana qarşı müharibədə ABŞ-yə dəstək verməyən müttəfiqlərini sərt tənqid edib.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ liderinin bu dəfəki hədəfi Fransa və prezidenti Emmanuel Makron olub.
O, Makronla həyat yoldaşının münasibətlərini də məsələyə daxil edərək sərt fikirlər səsləndirib:
“Fransaya, Emmanuel Makrona zəng etdim. Arvadı onunla son dərəcə pis davranır, o isə hələ də çənəsinə dəyən zərbənin təsirindən özünə gəlməyə çalışır”.
Tramp Fransanı hazıra nazir olan ölkə adlandırıb:
“Fransa kimi ölkələr münaqişə zamanı dəstək göstərməkdən imtina edirlər. Lakin müharibə qələbə ilə başa çatdıqdan sonra prosesə qoşulmağa hazır olduqlarını göstərirlər”.
Xatırladaq ki, Emmanuel Makron həyat yoldaşı Bricit Makronla birgə 2025-ci ilin may ayında Vyetnama səfər edib. Hanoy hava limanında təyyarənin qapısı açılan zaman xanımı Emmanuel Makrona şillə vurub. Həmin anlar kameraların obyektivindən yayınmayıb. Bu qalmaqaldan sonra Yelisey sarayı açıqlama verərək prezidentlə xanımının zarafatlaşdığını bildirib.
Banu