Azərbaycan Qəzzaya hərbi kontingent göndərir? - Bayramov AÇIQLADI
"Hazırda Azərbaycanın hərbi kontingentinin Qəzzada yerləşdirilməsi ilə bağlı qəbul edilmiş hər hansı qərar mövcud deyil".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda iranlı həmkarı Abbas Araqçı ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycan ABŞ Prezidenti Donald Trampın sülh təşəbbüsünü dəstəkləyir. Bəli, bu istiqamətdə təklif irəli sürülüb, lakin hələlik bu barədə yekun qərar yoxdur”, - nazir qeyd edib.