Bakıda qız ağzı açıq lükə düşdü - Hadisənin VİDEOSU

Bakıda bədbəxt hadisə baş verib.

Feb 23, 2025 - 17:15
Feb 23, 2025 - 18:11
Bakıda qız ağzı açıq lükə düşdü - Hadisənin VİDEOSU

SAVASHMEDİA.az bakuplus.az-a istinadla xəbər verir ki, şəhərin Nəriman Nərimanov rayonunda Əliyar Əliyev küçəsində gənc qız ağzı açıq lükün içinə düşüb. Sözügedən hadisəyə şahid olan ondan çox şəhər sakini zərərçəkən xanıma yardım etmək məqsədilə dərhal səfərbər olublar.

Onların ilkin olaraq qızı xilas etmək cəhdləri boşa çıxıb. Bu səbəbdən sürücü olan yardımsevərlərdən biri avtomobilindən gətirdiyi kəndir vasitəsilə gənci lükün içindən çıxarmağa müvəffəq olub.